2011-ci ildə buraxılan Battlefield 3 son günlərdə Yaxın Şərqdə baş verən hadisələrə görə yenidən gündəmə gəlib. Oyunun süjetinə görə, İran nüvə başlıqları əldə edir və ABŞ faciənin qarşısını almaq üçün müdaxilə edir. Amma bu cəhd yalnız qismən uğurlu olur, çünki bombalardan biri Parisdə partlayır və 80 min insanın həyatına son qoyur.
Hazırda oyunun Steam-də eyni anda 550-dən çox oyunçusu var. Halbuki bundan əvvəl bu rəqəm 100-dən aşağı idi.
