AMD oyun və yaradıcılq üçün dünyanın ən yaxşı prosessorunu təqdim edib
"AMD Ryzen 9 9950X3D prosessoru oyunlar və yaradıcı işlər üçün ən yaxşı prosessordur."
TECHNOLOGY NEWS
1/7/20251 dəqiqə oxu
"AMD"nin sözlərinə görə, Ryzen 9 9950X3D prosessoru oyunlar və yaradıcı işlər üçün ən yaxşı prosessordur.
AMD Ryzen 9 9950X3D-nin texniki xüsusiyyətləri aşağıdakı kimidir:
16 nüvəli, 4.7 GHz baza takt tezliyi (5.7 GHz overclock ilə)
144 MB ikinci nəsil 3D V-Cache yaddaşı
Enerji istehlakı: 170 W
Həmçinin, istehsalçının sözlərinə görə, bu prosessor "Intel"in ən yaxşı prosessorlarından 20% daha sürətlidir. Aparılan müqayisələrdə Watch Dogs Legion oyununda "Intel"in son nəsil prosessoru ilə müqayisədə 64% daha sürətli nəticələr əldə edilib. Eyni nəticələr Space Marine 2 və Far Cry 6 oyunlarında da müşahidə edilib.