Oyunlar, texnologiya və filmlər haqqında xəbərlər və icmallar | oX3zy
Oyunlar və filmlər haqqında ən son xəbərlər
Texnologiya xəbərləri





oyun icmalları və maraqlı məqamlar
Biz video oyunları, texnologiya yenilikləri və kino haqqında yüksək keyfiyyətli məzmun təqdim edirik. Həftəlik “Peak Week” seriyamız oyun və əyləncə dünyasından qısa xülasələri, “Next Play” isə qarşıdan gələn oyun buraxılışlarından seçmələri təqdim edir. Səmimi icmallar, analizlər və bəzən isə elm və fəlsəfəni də burada tapa bilərsiniz. İstər oyun, istər film, istərsə də texnologiya həvəskarı olun – sizin yeriniz buradır.

Xəbər lenti
Əgər siz də mənim kimi iPhone və ya Mac üçün zövqünüzə uyğun divar kağızı tapa bilmirsinizsə, Apple artıq bu problemi kiçik bir alətlə həll edir. Şirkətin rəsmi saytında loqo və fon rəngini dəyişməklə öz divar kağızınızı yaratmağa imkan verən yeni bölmə açılıb. Hazırda seçimlər məhduddur. Yalnız bir loqo stili və…
Nəhayət ki, Battlefield 6 oyununun təqdimat treyleri yayımlandı. Treyler ABŞ Prezidentinin çıxışı ilə başlayır. O, dünyaya müraciət edərək qlobal böhrandan və oyun boyunca qarşıdurma yaşanacaq Pax Armata adlı təşkilatdan danışır. İlk kadrlar dağılan şəhərlər, partlayışlar və miqyaslı döyüş səhnələri ilə doludur — klassik Battlefield üslubu burada da qorunur. Oyun qrafikası…
Universal Pictures tərəfindən Five Nights at Freddy’s 2 filminin rəsmi treyleri təqdim edilib. Filmin premyerası 5 dekabr 2025-ci ilə planlaşdırılıb. “Onlar artıq təkcə Freddy’s-də deyillər.” 2023-cü ildə ilk filmin böyük uğurundan sonra Blumhouse ikinci hissə ilə geri dönür. Freddy Fazbear’s Pizza-da baş verən dəhşətli hadisələrdən bir il keçib və bu…
Bloober Team studiyası yeni qorxu oyunu Cronos: The New Dawn üçün 10 dəqiqəlik gəmpley treylerini təqdim edib. Layers of Fear, Blair Witch, The Medium və Silent Hill 2 Remake kimi layihələrlə tanınan Polşa komandası bu dəfə də psixoloji qorxu elementlərinə əsaslanır. Oyun 2021-ci ildən hazırlanır və bu il ərzində buraxılması…
Battlefield 6 treylerinin təqdimatına artıq az vaxt qalıb. Rəsmi YouTube kanalında 48 saatlıq gerisayım yayımına start verilib — premyera 24 iyul tarixində baş tutacaq. Bu ilin əvvəlində qapalı beta testlər keçirilmişdi, lakin məqalənin müəllifi də daxil olmaqla bir çox oyunçu bu testlərə qoşula bilmədi. İndi isə datamaynerlərin EA tətbiqindən əldə…
Saber Interactive yeni horror oyunu Clive Barker’s Hellraiser: Revival rəsmi olaraq təqdim etdi. Anons ilə birlikdə yayımlanan treylerdə həm oyundaxili qısa səhnələrdən, həm də qeympley görüntülərindən fraqmentlər göstərilir. Rəsmi buraxılış tarixi hələ bilinməsə də, oyunun Steam, PlayStation 5 və Xbox Series X|S platformaları üçün buraxılacağı treylerdən məlum olur. Oyun Aidan…