Battlefield 6 treylerinin təqdimatına artıq az vaxt qalıb. Rəsmi YouTube kanalında 48 saatlıq gerisayım yayımına start verilib — premyera 24 iyul tarixində baş tutacaq. Bu ilin əvvəlində qapalı beta testlər keçirilmişdi, lakin məqalənin müəllifi də daxil olmaqla bir çox oyunçu bu testlərə qoşula bilmədi. İndi isə datamaynerlərin EA tətbiqindən əldə etdiyi məlumata əsasən, açıq beta testləri 4 avqust tarixində başlaya bilər. Oyunçular ümid edir ki, yeni Battlefield əvvəlki versiyada olan səhvləri düzəldəcək və klassik döyüş dinamikasını geri qaytaracaq. Əlavə məlumat üçün EA-nın rəsmi saytına və ya Oyun xəbərləri bölməsinə baxa bilərsiniz.
Author: oX3zy
Saber Interactive yeni horror oyunu Clive Barker’s Hellraiser: Revival rəsmi olaraq təqdim etdi. Anons ilə birlikdə yayımlanan treylerdə həm oyundaxili qısa səhnələrdən, həm də qeympley görüntülərindən fraqmentlər göstərilir. Rəsmi buraxılış tarixi hələ bilinməsə də, oyunun Steam, PlayStation 5 və Xbox Series X|S platformaları üçün buraxılacağı treylerdən məlum olur. Oyun Aidan adlı bir şəxsin hekayəsindən bəhs edir. O, sevgilisi “Sunny”ni Pinhead və onun Cenobite kultu tərəfindən idarə olunan dəhşətli Labirintdən xilas etmək üçün Genesis Configuration adlı sirli qutunun gücündən istifadə etməlidir. Oyun mexanikası fövqəltəbii qabiliyyətlərlə real silahların vəhdətini təşkil edir. Oyunçular, əzabdan “zövq” alan qorxunc varlıqlara və kultistlərə qarşı mübarizə aparacaqlar. Tərtibatçılar…
Moros Protocol — elmi-fantastik elementlərə malik birinci şəxs şuter oyunudur. Oyun 4 sentyabr tarixində Steam platformasında satışa buraxılacaq. Bu barədə Super Rare Originals yayımladığı yeni elanda məlumat verib. Eyni zamanda Steam səhifəsində oyunun ilk oyun qeympley treyleri də təqdim olunub. Oyun qaranlıq və retro üslublu piksel qrafikası ilə seçilir və klassik FPS oyunlarını xatırladır. Yaradıcı komanda oyunda fərqli tərzləri dəstəkləyən “build” sisteminə diqqət yetirib. Bu sistem oyunçulara özlərinə uyğun müxtəlif taktiki yanaşmalar seçməklə oyunu təkrar oynaya bilmələrinə şərait yaradır. Oyun Roguelike elementlərini saxlamaqla yanaşı həm də, bəzi elementləri oyunçuların xeyrinə dəyişib. Belə ki, oyunda öldükdən sonra oyunçunun inkişaf etdirdiyi personajın…
Ubisoft şirkəti Ghost Recon seriyasının yeni oyununu rəsmi şəkildə təsdiqləyib. Son səhmdarlar iclasında CEO İv Giymo layihənin “Ovr” adlı işçi adı ilə tərtib olunduğunu açıqladı. Bu, seriya haqqında uzun müddət yayılan şayiələrə son qoyur. Son böyük oyun 2019-cu ildə çıxmış Ghost Recon Breakpoint olmuşdur. Rəsmi buraxılış tarixi hələ açıqlanmasa da, yaxın vaxtlarda qapalı alfa testlərinin başlaması gözlənilir. Tam versiyanın isə ən yaxşı halda 2026 və ya 2027-ci ildə çıxması gözlənilir. “Ubisoft”un maliyyə direktoru Frederik Dyuqe qeyd etdi ki, “Tencent”in investisiyalarının bir hissəsi bu layihəyə yönəldiləcək və bununla da tərtibat üçün geniş resurslar ayrılmış olacaq. Ghost Recon seriyası əsasən realistik taktiki…
OpenAI rəsmi olaraq ChatGPT daxilində yeni süni intellekt agentini təqdim etdi. Bu agent istifadəçi adından mürəkkəb tapşırıqları yerinə yetirə bilir. Agentin funksiyalarına masa rezervasiyası, məhsul axtarışı, kod yazmaq, digər texniki problemləri həll etmək və ChatGPT interfeysindən birbaşa veb saytlarla əlaqə qurmaq daxildir. Hazırda agent yalnız Pro abunəçiləri üçün əlçatandır. Yaxın vaxtlarda Plus və Team planlarına da əlavə ediləcək. Bu xüsusiyyət “ChatGPT”ni əsl rəqəmsal köməkçiyə çevirir və istifadəçilər üçün yeni imkanlar yaradır.
Disney “Tron: Ares” filminin rəsmi treylerini təqdim edib. Kadrlarda franşizaya xas neon işıqlar və genişmiqyaslı səhnələr yer alır. Film 1982-ci ildəki Tron və 2010-cu ildəki Tron: Legacy filmlərinin davamıdır. Süjetə görə, güclü inkişaf etmiş “Ares” adlı proqram real dünyaya göndərilir. Bu, insanlıqla süni intellekt arasında ilk qarşılaşma olacaq. Filmin rejissoru Yoakim Rønningdir. Baş rollarda Cared Leto, Greta Li, Evan Piters, Həsən Minhac, Codi Törner-Smit, Arturo Kastro, Kameron Monahan, Cillian Anderson və Ceff Briçis yer alır. Filmin premyerası 10 oktyabr 2025-ci ildə baş tutacaq.
Əvvəldən elan edildiyi kimi, Cyberpunk 2077 bu gün, 17 iyul 2025-ci il tarixində Mac cihazları üçün rəsmi olaraq istifadəyə verildi. Buraxılış oyunun 2.3 versiya yeniləməsi ilə birlikdə gəlib. Oyunu App Store, GOG.com, Steam və ya Epic Games Store platformalarından yükləmək mümkündür. Mac versiyasında nələr var: Əsas oyun və Phantom Liberty “DLC”sini ehtiva edən Cyberpunk 2077: Ultimate Edition. Ray tracing, kadr generasiyası, Apple XDR displeyləri üçün kalibrlənmiş HDR və digər qabaqcıl texnologiyalar. AirPods üçün xüsusi olaraq baş izləmə funksiyalı məkan səsi (Spatial Audio). M1-dən M4-ə qədər olan Apple Silicon cihazlarında tam optimizasiya (ən azı 16 GB yaddaşla).
Mortal Kombat 2 film seriyasının ilk hissəsinin hadisələrinin davamı olacaq. Filmdə həm birinci hissədən olan qəhrəmanlar, həm də yeni qəhrəmanlar yer alacaq. Bu dəfə nəhayət ki, əfsanəvi Mortal Kombat turnirini görəcəyik. Sayca 10-cu olan bu turnirdə əgər Yer aləminin döyüşçüləri məğlub olsalar, Şao Kan Yer üzünü ələ keçirəcək. Film 24 oktyabr 2025-ci il tarixində kinoteatrlarda nümayiş olunacaq. Mortal Kombat 2 filminin treyleri : Film qəhrəmanlarının rəsmi posterləri :
Sızıntılar günü-gündən artmaqda davam edir. Bu dəfə insayderlər iPhone 17 seriyasının bütün rənglərini açıqlayıblar. Ümumilikdə 15 rəng olacaq. Bu rənglərin içində həm ənənəvi rənglər, həm də bir neçə yeni və qeyri-adi ton yer alıb. Son məlumatlara görə, iPhone 17 seriyası dörd modeldən ibarət olacaq: iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro və iPhone 17 Pro Max. Bütün modellər A19 Bionic (və ya Pro versiyası üçün A19 Pro) prosessoru ilə təchiz olunacaq. Dizaynda kiçildilmiş Dynamic Island, mat şüşə və yenilənmiş kamera modulu olacaq. Ön kamera 24 MP olacaq. Əsas iPhone 17 modelində 6.27 düymlük OLED ekran, 120 Hz yeniləmə tezliyi…
Bu gün “Stranger Things”in beşinci və sonuncu sezonunun tizeri təqdim edildi. Yeni mövsüm səkkiz seriyadan ibarət olacaq. İlk dörd bölüm 26 noyabrda, daha üçü 25 dekabrda, son bölüm isə 31 dekabrda yayımlanacaq. Əgər bu müddət ərzində ətraf mühitdən təcrid yaşamısınızsa və bu serialdan xəbəriniz yoxdursa, xatırladaq ki, “Stranger Things” 2016-cı ilin iyul ayından etibarən “Netflix”də yayımlanır.

 
		
