CD Projekt RED, Cyberpunk 2077 üçün 2.3 yeniləməsinin sabah, 17 iyul 2025 tarixində çıxacağını açıqlayıb. Yeniləmə Virtuos studiyası ilə birgə hazırlanıb və mövcud mexanikaların təkmilləşdirilməsi ilə yanaşı bəzi digər yenilikləri də əhatə edir. Yeniləmədə nələr olacaq: Nəqliyyat 4 yeni avtomobil və xüsusi yan tapşırıqlar AutoDrive funksiyası ilə avtomatik ünvana çatdırılma AutoDrive üçün kinokamera rejimi Delamain özünüidarə taksiləri istifadəyə verilib Rayfield’s CrystalCoat™ artıq daha çox maşına və motosikletə uyğundur Foto rejim 27 yeni NPC əlavə olunub “NPC”lərin alternativ geyimlərini dəyişmək imkanı V üçün geyim dəstlərinin “seçilmişlər” siyahısına əlavə edilməsi Filtrlər üçün yeni Color Balance tabı Hava şəraiti və günün vaxtını dəyişmək…
Author: oX3zy
Oyunun rəsmi saytında paylaşılan məlumata görə yeniləmə artıq qüvvəyə minib. Counter-Strike 2 Yeniləməsi (16.07.2025) Premier Season ThreePremier Season Three artıq aktivdirOverpass xəritəsi aktiv xəritə hovuzuna əlavə olunubAnubis xəritəsi aktiv xəritə hovuzundan çıxarılıb Oyun prosesiAlovlu qumbara artıq daha sürətlə yanır və yayılırMP9 silahının geri tepmesi artırılıb və tullanarkən dəqiqliyi xeyli azaldılıbRəqabətli rejimdə terrorçunu məhv etdikdə kont-terrorçular $50 komanda mükafatı alırlar
Activision Call of Duty: Black Ops 7 oyununu gamescom sərgisinin Opening Night Live tədbirində 19 avqust tarixində təqdim edəcək. Bu barədə The Game Awards və Summer Game Fest aparıcısı Ceff Kili məlumat verib. Tədbir 19-24 avqust tarixlərində keçiriləcək. Rəsmi açılış 19:30-da (CEST) prəşou ilə başlayacaq, əsas hissə isə 20:00-dan (CEST) sonra start götürəcək. Elan edildikdən sonra Call of Duty-nin rəsmi X hesabı “Tezliklə görüşərik” yazılmış GIF paylaşaraq cavab verib. Hazırda məlumdur ki, oyunda hadisələr 2035-ci ildə cərəyan edəcək.
Discord öz yeni virtual valyutası “Orbs”u təqdim edib. İstifadəçilər onu PC üçün tətbiqdə müxtəlif kvestləri yerinə yetirməklə qazana və xüsusi mağazada müxtəlif bonuslara xərcləyə biləcəklər. Orbs qazanmaq üçün “Discover” bölməsindəki “Quests” tabına daxil olaraq mövcud kvestləri seçmək lazımdır. Şərtləri yerinə yetirdikdən sonra “Mükafatı Al” düyməsini klikləyin və Orbs hesabınıza əlavə olunacaq. Kvestlər mütəmadi olaraq yenilənir, ona görə də maraqlı təklif görməsəniz, bir az sonra yenidən yoxlaya bilərsiniz. Topladığınız Orbsları mağazada yerləşən “Orbs Exclusive” bölməsində xərcləyə bilərsiniz. Burada eksklüziv profil bəzəkləri, xüsusi avatar dekorasiyaları, ad lövhələri, vizual effektlər və hətta 3 günlük Nitro krediti əldə etmək mümkündür. Bütün bunlar real pul…
Şirkətin baş icraçı direktoru Lip-Bu Tan əməkdaşlara bildirib ki, Nvidia, AMD və bazarın digər böyük oyunçuları ilə rəqabət, xüsusilə də onların süni intellekt sahəsindəki inkişafı fonunda artıq onlar üçün çox gec ola bilər. Tanın sözlərinə görə, Intel hazırda artıq dünyanın ilk on yarımkeçirici istehlsal edin şirkətləri arasında belə deyil. “İyirmi, otuz il əvvəl biz həqiqətən lider idik” deyə o qeyd edib. Son illərdə şirkət süni intellekt sahəsində, Nvidia şirkətin təqdim etdiyi texnologiyalarla müqayisədə xeyli geri qalıb. Bu gecikmə cəmi bir il yarım ərzində “Intel”in bazar dəyərinin iki dəfə azalmasına və işçilərinin dəfələrlə ixtisar olunmasına səbəb olub. İndi şirkətin texnologiya bazarında…
Film ilk həftəsonunda beynəlxalq yığımları təxminən 217 milyon dollar təşkil edib. Büdcəsi 225 milyon dollar olan layihə üçün bu nəticə yaxşı göstərici sayılır və hətta analitiklərin gözləntilərini də üstələyib. Ümumi gəlirin yarıdan çoxu ABŞ-nin payında düşür – 122 milyon dollar, qalan 95 milyon isə digər ölkələrdən toplanıb. Superman həm də kifayət qədər inamlı start verib və hazırda 2025-ci ildə buraxılan Hollivud filmləri arasında üçüncü yerdədir. İlk iki yerdə «Lilo və Stitch» (341 milyon dollar) və «Minecraft» (313 milyon dollar) qərarlaşıb. Ceyms Qannın rəhbərliyində yeni DC kinematoqrafik kainatı həqiqətən də alınmağa başlayır?
Yaxın zamanda yayımlanacaq iOS 26 ilə birlikdə istifadəçilər nəhayət ki, istədikləri zəng səslərini asanlıqla təyin edə biləcəklər. Əvvəllər də bu funksiya mövcud idi, lakin fayl formatını dəyişmək, GarageBand tətbiqində müxtəlif işlər görmək və digər əlavə addımlar tələb olunurdu. Sadə istifadəçi üçün isə bu olduqca çətin idi. İndi isə hər şey daha rahat olacaq. Beta versiya istifadəçilərinin sözlərinə görə, yeni sistemdə uzunluğu 30 saniyəni keçməyən istənilən səs faylını zəng səsi kimi seçmək mümkündür. İllərdir gözlənilən bu funksiya nəhayət Apple tərəfindən təqdim olunub. Android istifadəçilərinə 20 illik beta testə görə təşəkkür edirik?!
Battlefield komandası X platformasında paylaşdığı “community update”də Battlefield 6 üçün nəzərdə tutulan yeni sinif sistemi barədə ilk detalları açıqlayıb. Hazırda Battlefield Labs daxilində test mərhələsində olan sistem, siniflərin fərdiyyətini və komanda işini ön plana çıxarır. Oyunçular siniflərini iki əsas istiqamətdə formalaşdıra biləcəklər — fərdiləşdirilən elementlər (silahlar, qadcetlər və təlim) və sinifi müəyyən edən əsas xüsusiyyətlər (spesifik silah, xüsusi qabiliyyət və xüsusi qadcet). Məqsəd hər sinifi fərqli və komanda üçün əvəzolunmaz bir hissəyə çevirməkdir. Postda qeyd olunur ki, dəyişikliklər oyunçuların rəylərinə əsasən aparılır. Battlefield Labs bu sistemin balansı, inkişaf tempi və rola uyğun effektivliyini təkmilləşdirmək üçün oyunçuların hər bir elementlə bağlı…
“Netflix”in dəstəyi ilə Solo Leveling (나 혼자만 레벨업) manhvası əsasında canlı aktyorlarla serial çəkiləcək. Qısaca desək, hekayə aşağı səviyyəli gənc ovçu Son Cin-vunun öz səviyyəsini və gücünü artırmaq kimi unikal qabiliyyətindən bəhs edir. Serialın çəkilişini Sanai Pictures studiyası həyata keçirir. Baş rolda, ovçu obrazında, koreya doramlarının ulduzu Pyon U Sok çıxış edəcək. Hal-hazırda layihə erkən mərhələdədir və premyera 2027-ci ildən tez gözlənilmir. Qeyd edim ki, bundan əvvəl manhva əsasında Solo Leveling adlı eyniadlı anime serialı da çəkilmişdi və orijinal hekayəni demək olar ki, tam təkrarlayırdı. Birinci və ikinci sezonlar 2024 və 2025-ci illərdə yanvar-mart aylarında yayımlanıb. Üçüncü və yəqin ki,…
Hadisələri Cyberpunk 2077 oyun dünyasında cərəyan edən Cyberpunk: Edgerunners animesinin hekayəsinin davamı ilə bağlı məlumat yayılıb.Hazırda dəqiq buraxılış tarixi bilinmir, amma serialın yaxın vaxtlarda Netflix platformasında yayımlanacağı gözlənilir. Cyberpunk.net saytında (keçid) qeyd edildiyinə görə, yeni sezonda cəmi 10 seriya olacaq. Süjet birinci sezonun hadisələrindən sonra davam edəcək. Saytda belə yazılıb: “David ölüb, amma Night City yaşamağa davam edir” Layihənin ssenaristi, prodüseri və şourunneri yenə Bartosz Sztybor olacaq. Cyberpunk: Edgerunners 2 CD PROJEKT RED və TRIGGER animasiya studiyasının əməkdaşlığı ilə hazırlanır.Gələcək şounun anons-tizeri də təqdim olunub. Həmçinin qeyd etmək istərdim ki, “Cyberpunk: Edgerunners”in birinci sezonu da 10 seriyadan ibarət idi. Serial…

 
		
