NetEase Marvel Rivals oyununun ilk sezonunun treylerini təqdim edib. Yeni sezonla oyuna Fantastik dördlük qəhrəmanları və Nyu-York şəhərindən yeni xəritələr əlavə olunacaq. Yanvar ayının 10-dan etibarən artıq yenilənmə oyuna əlavə olunacaq.
Author: oX3zy
Witcher 4 oyununun direktoru “NPC”ləri daha da canlı etmək arzusunda olduğunu vurğulayıb. Onun sözlərinə görə bu xüsusiyyət oyunçunu oyun dünyasına daha çox qərq edə bilər. Kalemba deyir “Hər bir “NPC”nin canlı olduğunu və öz hekayəsi olduğunu hiss etdirmək kimi bir qaydamız var.” Müsahibəsində o, həmçinin Red Dead Redemption 2 oyunuyla müqayisələr apararaq, yaxşı yazılmış personajların və süjet xəttinin oyunun keyfiyyətinə necə təsir etdiyini izah edib. Əvvəlki xəbərlərdən məlum olduğu kimi isə, oyunun baş qəhrəmanı Witcher oyun seriyasının əvvəlki hissələrindən tanınan Ciri olacaq. Həmçinin, Geraltın oyunda olacağı təsdiqləndi, lakin onun bu hekayədəki rolu hələ də məlum deyil. Oyun xəritəsi “Witcher 3″dəki…
Bir neçə xəbər portalı “Minecraft”ın yaradıcısının Minecraft 2 kimi bir oyun üzərində işlədiyini yazır. Bildirilir ki, Notch (yaradıcının ləqəbi) tərəfindən hazırlanan yeni oyun “Minecraft”ın ruhi varisi olacaq. Hazırda tərtibatçı oyunun adı, mövzusu və mexanikası üzərində düşünür. Görünür, bu xəbər doğru olsa belə, oyunun tərtibatı prosesi hələ çox-çox erkən mərhələdədir. X (Twitter) sosial şəbəkəsində sözü gedən anonsa keçid: https://x.com/notch/status/1875230756437479658?s=46&t=IsLxIx-uZweiB8kAROwv7w
2025-ci ilin top 10 ən çox gözlənilən filmləri: Superman 28 Years Later The Fantastic Four First Steps How to Train Your Dragon Thunderbolts Captain America: Brave New World Snow White Jurassic World: Rebirth A Minecraft Movie Mission Impossible: The Final Reckoning 2025-ci ilin top 10 ən çox gözlənilən serialları: Daredevil: Born Again Alien: Earth IT: Welcome to Derry Suits: L.A. A Knight of The Seven Kingdoms American Primeval Your Friendly Neighborhood Spider-Man NCIS: Tony & Ziva El Turco Ironheart

 
		
