“Next Play” rubrikamızın ilk buraxılışı ilə qarşınızdayıq. Bu dəfə avqust ayında çıxacaq ən maraqlı 5 oyunu sizə təqdim edirik. Əgər hansı oyunu oynayacağınızı bilmirsinizsə, bu siyahı sizə kömək ola bilər:
1. Mafia: The Old Country
Buraxılış tarixi: 8 avqust | Platformalar: PC, PS5, Xbox Series X|S
Mafia: The Old Country hadisələri 1900-cü illərin İtaliyasında, Mafia II oyunundan tanınan San Çeleste adlı uydurma Siciliya şəhərində cərəyan edir. Süjet Enzo Favara adlı gəncin kükürd mədənlərindəki çətin həyatından mafiyaya qədər yüksəlişini təsvir edir.
2. Metal Gear Solid Delta: Snake Eater
Buraxılış tarixi: 28 avqust | Platformalar: PC, PS5, Xbox Series X|S
Stealth janrının əfsanəsi yeni nəsil qrafika və yenilənmiş mexanika ilə qarşınızda.
3. Shinobi: Art of Vengeance
Buraxılış tarixi: 29 avqust | Platformalar: PC, PS5, Xbox Series X|S
Yapon mifologiyası və müasir ekşen tərzinin vəhdəti. Yeni Shinobi oyunu dinamik döyüşlər, stilizə olunmuş vizuallar və sürətli oyun prosesi.
4. Demon Slayer -Kimetsu no Yaiba- The Hinokami Chronicles 2
Buraxılış tarixi: 5 avqust | Platformalar: PC, PS5, PS4, Xbox Series X|S, Switch
Məşhur anime yeni döyüş səhnələri və personajlarla oyun dünyasına qayıdır. Swordsmith Village əsasında hazırlanan bu oyun arena tipli döyüş sisteminə malikdir.
5. Gears of War: Reloaded
Buraxılış tarixi: 26 avqust | Platformalar: Xbox Series X|S, PC
Əfsanəvi şuter seriyası yeni komanda, qorxulu atmosfer və yeni fizika sistemi ilə qayıdır.