EA şirkəti Battlefield 6 oyununun multipleyer qeympley treylerini rəsmi olaraq təqdim edib. Müşayiət üçün “Limp Bizkit”in musiqisindən istifadə olunub və treyler boyunca müxtəlif xəritələrdə baş verən intensiv döyüş səhnələri izləyicilərə təqdim olunur. Əsas diqqət isə bina və müdafiə strukturlarının dağıdılmasına yönəlib. Treylerin əvvəlində isə qeyd olunur: “Oyun son versiyada deyil. Hazırda tərtibatda olan oyun təqdim olunur. Treyler kinematoqrafik və qeympley səhnələrdən ibarətdir”
Yeni döyüş sistemi olan “Kinesthetic Combat System” oyunçunun digər oyunçularla və ətraf mühitlə əlaqəsini daha da yaxşılaşdırır. Silah mexanikası, taktiki hərəkətlər və yeni xüsusiyyətlər, o cümlədən sürətli əyilmə və yaralı komanda yoldaşını daşıma artıq oyunçuların ixtiyarında olacaq.
Battlefield 6 buraxılışla birlikdə “battle pass” və fərdi kosmetik dəstləri da təqdim edəcək. İlk kosmetik dəst “Phantom Squad” adlanır. Oyunu öncədən sifariş edənlərə isə “Tombstone Pack” adlı bonus dəst veriləcək. Dəstə daxildir:
-
Gravedigger kosmetik görünüşü
-
Hatchet silah dəsti
-
Əlavə EXP və stikerlər
Treylerin təsvirində qeyd olunur:
“Piyada və texnika döyüşləri, sinif əsaslı komanda oyunu və yüksək səviyyəli vizual-audio təcrübə ilə total müharibəyə başlayın. Ətraf mühiti dağıdaraq strateji üstünlük qazanın.”
Dəqiq buraxılış tarixi hələ açıqlanmasa da, bu treyler Battlefield seriyasının köklərinə qayıdacağına ümid verib.