Nəhayət ki, Battlefield 6 oyununun təqdimat treyleri yayımlandı. Treyler ABŞ Prezidentinin çıxışı ilə başlayır. O, dünyaya müraciət edərək qlobal böhrandan və oyun boyunca qarşıdurma yaşanacaq Pax Armata adlı təşkilatdan danışır.
İlk kadrlar dağılan şəhərlər, partlayışlar və miqyaslı döyüş səhnələri ilə doludur — klassik Battlefield üslubu burada da qorunur. Oyun qrafikası yüksək səviyyədədir və tamamilə dağıla bilən mühit oyuna xüsusi atmosfer qatır.
Battlefield 6 müasir döyüş texnologiyaları, dinamik hava şəraiti və miqyaslı multiplayer ilə seriyanın köklərinə qayıdır. Dəqiq buraxılış tarixi hələ açıqlanmayıb, amma təqdimat treyleri FPS sevərləri üçün böyük həyəcan yaradıb.
Treyleri Battlefield rəsmi YouTube kanalında izləyə və yenilikləri Battlefield-in rəsmi saytından öyrənə bilərsiniz.