Battlefield 6 treylerinin təqdimatına artıq az vaxt qalıb. Rəsmi YouTube kanalında 48 saatlıq gerisayım yayımına start verilib — premyera 24 iyul tarixində baş tutacaq.
Bu ilin əvvəlində qapalı beta testlər keçirilmişdi, lakin məqalənin müəllifi də daxil olmaqla bir çox oyunçu bu testlərə qoşula bilmədi. İndi isə datamaynerlərin EA tətbiqindən əldə etdiyi məlumata əsasən, açıq beta testləri 4 avqust tarixində başlaya bilər.
Oyunçular ümid edir ki, yeni Battlefield əvvəlki versiyada olan səhvləri düzəldəcək və klassik döyüş dinamikasını geri qaytaracaq.
Əlavə məlumat üçün EA-nın rəsmi saytına və ya Oyun xəbərləri bölməsinə baxa bilərsiniz.