Borderlands seriyasının yeni hissəsi artıq qızıl statusu (yəni buraxılışa tam hazırdır) alıb. Bu barədə məlumat oyunun rəsmi X (Twitter) səhifəsində paylaşılıb. Oyun 12 sentyabr 2025-ci il tarixində PC, PlayStation 5 və Xbox Series X|S üçün buraxılacaq. Nintendo Switch 2 üçün versiyası isə 3 oktyabrda satışa çıxacaq.
Layihənin yaradıcı direktoru Greem Timmins bu münasibətlə belə fikir bildirib:
“İnanmaq çətindir, amma Borderlands 4 rəsmi olaraq qızıl statusdadır!
Komandamızı təbrik edirəm. Bu miqyasda oyunu tamamlamaq böyük uğurdur. Bu layihə ilə fəxr edirəm və hamının onu oynayacağı günü səbirsizliklə gözləyirəm.”
Borderlands 4 oyunçuları Kyros adlı planetə aparacaq. Bu yer əvvəllər Zaman Keşikçisi tərəfindən gizlədilmişdi. Onun hakimiyyəti zəiflədikdən sonra, üsyançılar və Vault Hunters ona qarşı mübarizəyə başlayırlar. Oyunda müxtəlif bölgələri kəşf edib nadir ləvazimatlar və digər lutları toplamaq lazım gələcək.
Əlavə məlumat üçün rəsmi Borderlands saytına baxa bilərsiniz.