Activision Call of Duty: Black Ops 7 oyununu gamescom sərgisinin Opening Night Live tədbirində 19 avqust tarixində təqdim edəcək. Bu barədə The Game Awards və Summer Game Fest aparıcısı Ceff Kili məlumat verib.
Tədbir 19-24 avqust tarixlərində keçiriləcək. Rəsmi açılış 19:30-da (CEST) prəşou ilə başlayacaq, əsas hissə isə 20:00-dan (CEST) sonra start götürəcək.
Elan edildikdən sonra Call of Duty-nin rəsmi X hesabı “Tezliklə görüşərik” yazılmış GIF paylaşaraq cavab verib.
Hazırda məlumdur ki, oyunda hadisələr 2035-ci ildə cərəyan edəcək.