Saber Interactive yeni horror oyunu Clive Barker’s Hellraiser: Revival rəsmi olaraq təqdim etdi. Anons ilə birlikdə yayımlanan treylerdə həm oyundaxili qısa səhnələrdən, həm də qeympley görüntülərindən fraqmentlər göstərilir. Rəsmi buraxılış tarixi hələ bilinməsə də, oyunun Steam, PlayStation 5 və Xbox Series X|S platformaları üçün buraxılacağı treylerdən məlum olur.
Oyun Aidan adlı bir şəxsin hekayəsindən bəhs edir. O, sevgilisi “Sunny”ni Pinhead və onun Cenobite kultu tərəfindən idarə olunan dəhşətli Labirintdən xilas etmək üçün Genesis Configuration adlı sirli qutunun gücündən istifadə etməlidir.
Oyun mexanikası fövqəltəbii qabiliyyətlərlə real silahların vəhdətini təşkil edir. Oyunçular, əzabdan “zövq” alan qorxunc varlıqlara və kultistlərə qarşı mübarizə aparacaqlar. Tərtibatçılar oyunun məzmunun 18+ reytinqli olması ilə bağlı xəbərdar edir: zorakılıq, qan, işgəncə, narkotik istifadəsi, BDSM, intihar və s.oyun məzmununda öz əksini tapır.
Oyun haqqında ətraflı məlumatla rəsmi Steam səhifəsində tanış ola bilərsiniz.
Minimum sistem tələbləri:
-
CPU: Ryzen 3 1200 / Intel i5-4690
-
RAM: 8 GB
-
GPU: GTX 1660 / RX Vega 64
-
Yaddaş: 50 GB (SSD tövsiyə olunur)
-
OS: Windows 10 64-bit (22H2 və yuxarı)
Tövsiyə olunan sistem tələbləri:
-
CPU: Ryzen 5 1500X / Intel i5-6600
-
RAM: 16 GB
-
GPU: RTX 3070 / RX 6700 XT
-
Yaddaş: 50 GB (SSD tövsiyə olunur)
Həmçinin oyun haqqında ən son məlumatları əldə etmək üçün Saber Interactive rəsmi saytına daxil ola bilərsiniz.