CD Projekt RED, Cyberpunk 2077 üçün 2.3 yeniləməsinin sabah, 17 iyul 2025 tarixində çıxacağını açıqlayıb. Yeniləmə Virtuos studiyası ilə birgə hazırlanıb və mövcud mexanikaların təkmilləşdirilməsi ilə yanaşı bəzi digər yenilikləri də əhatə edir.
Yeniləmədə nələr olacaq:
Nəqliyyat
-
4 yeni avtomobil və xüsusi yan tapşırıqlar
-
AutoDrive funksiyası ilə avtomatik ünvana çatdırılma
-
AutoDrive üçün kinokamera rejimi
-
Delamain özünüidarə taksiləri istifadəyə verilib
-
Rayfield’s CrystalCoat™ artıq daha çox maşına və motosikletə uyğundur
Foto rejim
-
27 yeni NPC əlavə olunub
-
“NPC”lərin alternativ geyimlərini dəyişmək imkanı
-
V üçün geyim dəstlərinin “seçilmişlər” siyahısına əlavə edilməsi
-
Filtrlər üçün yeni Color Balance tabı
-
Hava şəraiti və günün vaxtını dəyişmək
-
İşıqlandırma, stikerlər, çərçivələr və kamera idarəsi yaxşılaşdırılıb

Əlçatanlıq
-
Oyunun siçanın düymələrini inversiya olunmasını artıq özü aşkar edəcək
-
Nişan alma rejimini dəyişmək üçün ayarlara seçim əlavə olunub
Tapşırıqlar və açıq dünya
-
Bloody Ritual, Sex on Wheels, Shot by Both Sides tapşırıqlarında olan xətaların aradan qaldırılması
Oyun prosesi
-
Kontroller ilə bağlı xətalar aradan qaldırılıb
-
Silah davranışı yaxşılaşdırılıb
-
Təlimi istənilən vaxt yenidən oynamaq imkanı əlavə olunub
Digər
-
Əgər “Johnny Silverhand” siz narahat edirsə, ondan müvəqqəti olaraq sizi narahat etməməsini tələb etmək olar
-
Radioda səs balansı problemləri həll olunub
-
HDR kalibrləmə interfeysi təkmilləşdirilib
-
Vizual xətalar aradan qaldırılıb
PC üçün
-
AMD FSR 4 və Frame Generation 3.1 dəstəyi
-
Intel XeSS 2.0 dəstəyi
-
Intel GPU-larda HDR10+ GAMING dəstəyi
-
DLSS ilə bağlı düzəlişlər
-
Yaddaş fayllarının maksimum ölçü dəstəyi artırılıb