Hadisələri Cyberpunk 2077 oyun dünyasında cərəyan edən Cyberpunk: Edgerunners animesinin hekayəsinin davamı ilə bağlı məlumat yayılıb.
Hazırda dəqiq buraxılış tarixi bilinmir, amma serialın yaxın vaxtlarda Netflix platformasında yayımlanacağı gözlənilir. Cyberpunk.net saytında (keçid) qeyd edildiyinə görə, yeni sezonda cəmi 10 seriya olacaq. Süjet birinci sezonun hadisələrindən sonra davam edəcək. Saytda belə yazılıb:
“David ölüb, amma Night City yaşamağa davam edir”
Layihənin ssenaristi, prodüseri və şourunneri yenə Bartosz Sztybor olacaq.
Cyberpunk: Edgerunners 2 CD PROJEKT RED və TRIGGER animasiya studiyasının əməkdaşlığı ilə hazırlanır.
Gələcək şounun anons-tizeri də təqdim olunub.
Həmçinin qeyd etmək istərdim ki, “Cyberpunk: Edgerunners”in birinci sezonu da 10 seriyadan ibarət idi. Serial 13 sentyabr 2022-ci ildə yayımlandı və həm tənqidçilərdən, həm də izləyicilər tərəfindən yüksək qiymətləndirildi.