Universal Pictures tərəfindən Five Nights at Freddy’s 2 filminin rəsmi treyleri təqdim edilib. Filmin premyerası 5 dekabr 2025-ci ilə planlaşdırılıb.
“Onlar artıq təkcə Freddy’s-də deyillər.”
2023-cü ildə ilk filmin böyük uğurundan sonra Blumhouse ikinci hissə ilə geri dönür. Freddy Fazbear’s Pizza-da baş verən dəhşətli hadisələrdən bir il keçib və bu hadisələr şəhərdəki ilk Fazfest festivalının keçirilməsinə təkan verib.
Keçmiş mühafizəçi Mayk (Josh Hutcherson) və polis Vanessa (Elizabeth Lail) 11 yaşlı Abby-dən (Piper Rubio) həqiqəti gizlədirlər. Lakin Abby sevimli animatron dostları ilə görüşmək üçün qaçdıqda, dəhşətli hadisələr zənciri başlayır və “Freddy”nin əsl sirri üzə çıxır.
Filmdə əvvəlki rollarına Theodus Crane və Matthew Lillard qayıdır, həmçinin Freddy Carter (Shadow and Bone), Wayne Knight (Jurassic Park), Mckenna Grace (Ghostbusters) və Skeet Ulrich (Scream) kimi yeni aktyorlar da yer alır. Rejissor: Emma Tammi, ssenari müəllifi isə oyun seriyasının yaradıcısı Scott Cawthon-dur.
Filmin prodüseri Jason Blum və Scott Cawthon-dur. İlk film 80 milyon dollarlıq büdcə ilə 300 milyon dollara yaxın gəlir əldə etmişdi.