oX3zy nədir?

“oX3zy” ləqəbi məkanın həndəsi koordinat sistemi anlayışından götürülüb. Bu kontekstdə “o” koordinatların başlanğıc nöqtəsini – yəni “x”, “y” və “z”-ni ifadə edir. “3” rəqəmi isə ümumi koordinatların sayını göstərir. Qeyd olunan kombinasiya, bu koordinatların fəaliyyət göstərdiyi üçölçülü məkanı simvolizə edir.

ŞƏXSİ LAYİHƏLƏR

INFLOODER haqqında eşitmisiniz?

Bu platforma video oyunlar, filmlər və texnologiya dünyasındakı ən son yeniliklər haqqında məlumatları paylaşır. Əgər sən də oyun aləminə maraq göstərir, ən yeni film premyeralarını izləyir və ya innovativ cihazlarla maraqlanırsansa, Inflooder tam sənlikdir! Burada səni detallı məqalələr, ekspert rəyləri və aktiv mühit gözləyir. Yeniliklərdən xəbərdar olmaq üçün https://inflooder.com/ saytına daxil ol!

02.01.2025-ci il tarixindən etibarən veb-sayt müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Azərbaycan Əyləncə və Oyun İcması

GGC (Gaze Game Community) – həmçinin Azərbaycan Əyləncə və Oyun İcması kimi də tanınır.

Bu icma 2019-dan 2021-ci ilə qədər fəaliyyət göstərib. Bütün məzmun yalnız Azərbaycan dilində tərtib olunurdu.

Fəaliyyəti müddətində oyun və film treylerləri Azərbaycan dilinə tərcümə olunur və səsləndirilirdi. Kino və oyun sənayesindəki mühüm tədbirlər canlı olaraq şərh edilirdi. Təxminən bir il ərzində hər gün Twitch, YouTube və Facebook platformalarında oyun yayımları təşkil edilirdi. Epic Games ilə rəsmi olaraq məzmun yaradıcısı müqaviləsi imzalanmışdı.

Saytda yüzlərlə oyun və film haqqında Azərbaycan dilində məlumat yer alırdı ki, bu da unikal məzmun hesab olunurdu. Həmçinin tərəfimizdən oyun icmalları da hazırlanırdı. Onların çoxunu hələ də GGC-nin YouTube kanalında izləmək mümkündür.

Əl sallayıram

Haqqımda

Mən yaradıcılığı və eksperimenti sevirəm. Əsas məqsədim hər zaman bəşəriyyətə kiçik belə olsa töhfə vermək olub.

Töhfə müxtəlif yollarla verilə bilər. Mən vebsaytların hazırlanması ilə məşğulam, rəsm çəkirəm, video və səs montajı edirəm, musiqi ilə (elektro gitarada ifa) məşğul oluram, oyun yayımları təşkil edirəm, oyun, film və texnologiya sənayesindəki yeniliklərlə bağlı məqalələr yazıram. Məqalələrimdə və video icmallarımda müxtəlif hadisə və məhsullar haqqında fikirlərimi də bölüşürəm.

Bütün bacarıqlarımı, yaradıcılığa və eksperimentə olan sevgimi həmrəy edərək, həmişə faydalı ola biləcək bir şey yaratmağa çalışıram.

Bəli, çox güman ki, hələ öyrənməli və üzərimdə işləməliyəm. Amma bir şey həmişə dəyişməz olaraq qalacaq — bəşəriyyətin həyatını yaxşılaşdırmaq məqsədimə sadiqliyim. Bunu bəlkə özüm edə bilcəyəm, bəlkə də bu yolda atdığım addımlar gələcəkdə buna hər hansı bir formada səbəb olacaq. Birbaşa və ya dolayısı ilə olmasından asılı olmayaraq, töhfə verəcəyimə əminəm.

İndiyə qədər cəmi iki layihəm olub:

INFLOODER

Oyun, film və texnologiya xəbərləri və icmalları üçün veb-sayt. Hazırda fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

GGC

Yerli auditoriya üçün nəzərdə tutulmuş xəbər və icmallar layihəsi idi. Hazırda fəaliyyəti tamamilə dayandırılıb.