Metroidvaniya sevərləri üçün böyük xəbər var: Hollow Knight: Silksong oyununu gamescom 2025-də oynamaq mümkün olacaq. Uzun illərdir gözlənilən bu oyununun demo versiyası tədbirdə nümayiş olunacaq. İlk Hollow Knight oyunu öz üslubu, mexanikası və tempi ilə oyunçuların rəğbətini qazanmışdı və hazırda Steam platformasında 95% müsbət rəyə sahibdir.
Demo versiyanın təqdim ediləcəyi ilk olaraq Microsoft tərəfindən Xbox stendində göstəriləcək oyunlar siyahısında qeyd edilib. Stenddə 120-dən çox oyun stansiyası olacaq və Xbox tərəfdaşları ilə birlikdə 20-dən çox layihə təqdim edəcək.
Əsas təqdimatlar:
-
Hollow Knight: Silksong (demo)
-
Grounded 2, Ninja Gaiden 4, Indiana Jones, Flight Simulator 2024, The Outer Worlds 2, Borderlands 4, Metal Gear Solid Delta, EA Sports FC 26, Aniimo, Final Fantasy VII/XVI, PowerWash Simulator 2, Invincible VS, Super Meat Boy 3D, Cronos: The New Dawn, Mistfall Hunter, There Are No Ghosts at the Grand və daha çox — hamısı demo versiyada.
-
World of Warcraft: Midnight DLC təqdim olunacaq
-
Call of Duty: Black Ops 7 üçün yeni treyler olacaq
-
World’s Edge studiyasından (Age of Empires) sürpriz anonslar gözlənilir
-
Oyunçular həmçinin ROG Xbox Ally və Ally X portativ konsollarını test edə biləcəklər
Bu qədər böyük siyahıya baxmayaraq, əsas diqqət Hollow Knight: Silksong üzərində cəmlənib. Bir çox fanat artıq oyunun buraxılacağına inanmırdı. Demo xəbəri isə ümidi yenidən dirildir. Ola bilsin oyun bu ilin sonu və ya gələn ilin ilk rübündə buraxılsın.