Şirkətin baş icraçı direktoru Lip-Bu Tan əməkdaşlara bildirib ki, Nvidia, AMD və bazarın digər böyük oyunçuları ilə rəqabət, xüsusilə də onların süni intellekt sahəsindəki inkişafı fonunda artıq onlar üçün çox gec ola bilər.
Tanın sözlərinə görə, Intel hazırda artıq dünyanın ilk on yarımkeçirici istehlsal edin şirkətləri arasında belə deyil. “İyirmi, otuz il əvvəl biz həqiqətən lider idik” deyə o qeyd edib.

Son illərdə şirkət süni intellekt sahəsində, Nvidia şirkətin təqdim etdiyi texnologiyalarla müqayisədə xeyli geri qalıb. Bu gecikmə cəmi bir il yarım ərzində “Intel”in bazar dəyərinin iki dəfə azalmasına və işçilərinin dəfələrlə ixtisar olunmasına səbəb olub.
İndi şirkətin texnologiya bazarında inkişaf istiqamətini dəyişəcəyi gözlənilir, çünki əvvəlki sahədə rəqabətə davam gətirməkdə artıq çətinlik çəkir.
Görünür, süni intellekt texnologiyası bazardakı qüvvələr balansını hələ çox dəyişəcək və bəlkə də bu dəyişikliklər gözləniləndən daha tez baş verəcək.