Yaxın zamanda yayımlanacaq iOS 26 ilə birlikdə istifadəçilər nəhayət ki, istədikləri zəng səslərini asanlıqla təyin edə biləcəklər.
Əvvəllər də bu funksiya mövcud idi, lakin fayl formatını dəyişmək, GarageBand tətbiqində müxtəlif işlər görmək və digər əlavə addımlar tələb olunurdu. Sadə istifadəçi üçün isə bu olduqca çətin idi.
İndi isə hər şey daha rahat olacaq. Beta versiya istifadəçilərinin sözlərinə görə, yeni sistemdə uzunluğu 30 saniyəni keçməyən istənilən səs faylını zəng səsi kimi seçmək mümkündür.

İllərdir gözlənilən bu funksiya nəhayət Apple tərəfindən təqdim olunub.
Android istifadəçilərinə 20 illik beta testə görə təşəkkür edirik?!