Sızıntılar günü-gündən artmaqda davam edir. Bu dəfə insayderlər iPhone 17 seriyasının bütün rənglərini açıqlayıblar. Ümumilikdə 15 rəng olacaq. Bu rənglərin içində həm ənənəvi rənglər, həm də bir neçə yeni və qeyri-adi ton yer alıb.





Son məlumatlara görə, iPhone 17 seriyası dörd modeldən ibarət olacaq: iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro və iPhone 17 Pro Max. Bütün modellər A19 Bionic (və ya Pro versiyası üçün A19 Pro) prosessoru ilə təchiz olunacaq. Dizaynda kiçildilmiş Dynamic Island, mat şüşə və yenilənmiş kamera modulu olacaq.
Ön kamera 24 MP olacaq. Əsas iPhone 17 modelində 6.27 düymlük OLED ekran, 120 Hz yeniləmə tezliyi və təkmilləşdirilmiş kameralar gözlənilir. Pro modellər isə üç 48 MP kameraya sahib ola bilər. iPhone 17 Air isə cəmi 5.5 mm qalınlıqla “Apple”ın ən incə telefonu olacaq və yalnız eSIM dəstəkləyəcək.
Yeni “iPhone”ların 2025-ci ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.
Əsas texniki göstəricilər və ehtimallar:
-
Prosessor: A19 Bionic / A19 Pro
-
RAM: 8 GB (Air üçün 12 GB)
-
Yaddaş: 128 / 256 / 512 GB
-
Kameralar: Ön 24 MP, arxa 48 MP (Pro modellərdə üç ədəd 48 MP)
-
Ekran: OLED, 120 Hz, ProMotion, Always-On
-
Dizayn: Kiçik Dynamic Island, mat şüşə, yeni kamera bloku
-
Korpus: Alüminium və ya titan, Ceramic Shield, IP68
-
Bağlantı: Wi-Fi 7, Bluetooth 5.4, NFC, Apple 5G, USB-C
-
Batareya: Daha böyük tutum, sürətli və simsiz enerji yığma
-
iPhone 17 Air: Ən incə model, 6.6″, tək kamera, yalnız eSIM