Moros Protocol — elmi-fantastik elementlərə malik birinci şəxs şuter oyunudur. Oyun 4 sentyabr tarixində Steam platformasında satışa buraxılacaq. Bu barədə Super Rare Originals yayımladığı yeni elanda məlumat verib. Eyni zamanda Steam səhifəsində oyunun ilk oyun qeympley treyleri də təqdim olunub.
Oyun qaranlıq və retro üslublu piksel qrafikası ilə seçilir və klassik FPS oyunlarını xatırladır. Yaradıcı komanda oyunda fərqli tərzləri dəstəkləyən “build” sisteminə diqqət yetirib. Bu sistem oyunçulara özlərinə uyğun müxtəlif taktiki yanaşmalar seçməklə oyunu təkrar oynaya bilmələrinə şərait yaradır.
Oyun Roguelike elementlərini saxlamaqla yanaşı həm də, bəzi elementləri oyunçuların xeyrinə dəyişib. Belə ki, oyunda öldükdən sonra oyunçunun inkişaf etdirdiyi personajın göstəriciləri sıfırlanmır. Digər tərəfdən isə rogulike ənənələrinə sadiq qalaraq səviyyələrin və marşrutların təsadüfi generasiyası ilə dinamikliyi qoruyur.


