MY[PAL]SPACE – unikal “müvəqqəti dost” xidməti istifadəyə verildi.
2025-ci il mayın 25-də MY[PAL]SPACE layihəsi istifadəyə verilib. Bu xidmətin əsas ideyası insanlara qısa müddətli, amma unudulmaz birgə vaxt keçirmək imkanı təqdim etməkdir. Layihə müsbət enerji paylaşmaq, mehribanlığı təşviq etmək və insanları bir araya gətirmək niyyətindədir.
MY[PAL]SPACE nədir?
Bu kreativ startap istirahət etmək, gəzmək, film izləmək və ya sadəcə söhbət etmək istəyən, lakin həmin an ətrafında uyğun bir dostu, tanışı olmayan insanlar üçün müvəqqəti dost xidməti təklif edir. Çünki MY[PAL]SPACE həmişə səninlə eyni dalğadadır.
Hazırda təklif olunan xidmətlər:
-
Tam gün birlikdə vaxt keçirmək
-
Video oyun yoldaşı olmaq (Game teammate)
-
Film yoldaşı olmaq
-
Birgə gəzintiyə çıxmaq
-
Sosial şəbəkələrdə söhbətləşmək
-
Birgə idmanla məşğul olmaq
#FREEHUG promo kodu:
Layihənin istifadəyə verilməsi münasibətilə MY[PAL]SPACE iki aylıq xüsusi kampaniya elan edib. 25 iyul 2025 tarixinə qədər istifadəçilər #FREEHUG promo kodundan istifadə edərək bütün xidmətlərə pulsuz (bir dəfəlik) çıxış əldə edə bilərlər.
İstifadə qaydası:
-
“Instagram”da MY[PAL]SPACE səhifəsini izləyin
-
Rəsmi paylaşımın altına #FREEHUG yazın
-
Saytda istədiyiniz xidməti sifariş edin və Instagram istifadəçi adınızı göstərin
Ətraflı məlumat üçün MY[PAL]SPACE veb-saytına keçid edin: