Bu buraxılışda kitab oxumağın nə üçün bu qədər vacib olduğundan danışıram. Hər kitab sanki başqa bir həyatı yaşamaq kimidir. İstər dram, istər detektiv, istər elmi fantastika və ya fentezi olsun, hər bir hekayə düşüncə tərzinin fərqli tərəflərini işə salır. Səni düşündürür, sənə nələrsə öyrədir və ən əsası yeni suallar ortaya çıxarır. Məhz o suallar da inkişafın başlanğıcı olur.
Oxumaq özünü daha yaxşı anlamağa kömək edir. Güclü tərəflərini görmək və hələ də inkişaf etməli olduğun sahələri dərk etmək üçün şərait yaradır. Ətrafındakı insanları və səni formalaşdıran mühiti daha yaxşı başa düşmək bacarığını inkişaf etdirir.