“Netflix”in dəstəyi ilə Solo Leveling (나 혼자만 레벨업) manhvası əsasında canlı aktyorlarla serial çəkiləcək. Qısaca desək, hekayə aşağı səviyyəli gənc ovçu Son Cin-vunun öz səviyyəsini və gücünü artırmaq kimi unikal qabiliyyətindən bəhs edir.
Serialın çəkilişini Sanai Pictures studiyası həyata keçirir. Baş rolda, ovçu obrazında, koreya doramlarının ulduzu Pyon U Sok çıxış edəcək. Hal-hazırda layihə erkən mərhələdədir və premyera 2027-ci ildən tez gözlənilmir.


Qeyd edim ki, bundan əvvəl manhva əsasında Solo Leveling adlı eyniadlı anime serialı da çəkilmişdi və orijinal hekayəni demək olar ki, tam təkrarlayırdı. Birinci və ikinci sezonlar 2024 və 2025-ci illərdə yanvar-mart aylarında yayımlanıb. Üçüncü və yəqin ki, son sezon isə hələ də çəkilməkdədir.
Anime serialı həm tənqidçilər, həm də izləyicilər tərəfindən yüksək qiymətləndirilib. Bundan sonra isə Son Cin-vunun macəraları bütün dünyada daha da populyarlaşıb.
Solo Leveling anime serialı Crunchyroll Anime Awards 2025-də doqquz əsas nominasiyada qalib gələn ilk Koreya animasiyası olub. Bu mükafatlar arasında «İlin animesi», «Ən yaxşı döyüş» və «Ən yaxşı obraz» nominasiyaları da var.