Bu gün “Stranger Things”in beşinci və sonuncu sezonunun tizeri təqdim edildi. Yeni mövsüm səkkiz seriyadan ibarət olacaq. İlk dörd bölüm 26 noyabrda, daha üçü 25 dekabrda, son bölüm isə 31 dekabrda yayımlanacaq.
Əgər bu müddət ərzində ətraf mühitdən təcrid yaşamısınızsa və bu serialdan xəbəriniz yoxdursa, xatırladaq ki, “Stranger Things” 2016-cı ilin iyul ayından etibarən “Netflix”də yayımlanır.