Film ilk həftəsonunda beynəlxalq yığımları təxminən 217 milyon dollar təşkil edib. Büdcəsi 225 milyon dollar olan layihə üçün bu nəticə yaxşı göstərici sayılır və hətta analitiklərin gözləntilərini də üstələyib. Ümumi gəlirin yarıdan çoxu ABŞ-nin payında düşür – 122 milyon dollar, qalan 95 milyon isə digər ölkələrdən toplanıb.
Superman həm də kifayət qədər inamlı start verib və hazırda 2025-ci ildə buraxılan Hollivud filmləri arasında üçüncü yerdədir. İlk iki yerdə «Lilo və Stitch» (341 milyon dollar) və «Minecraft» (313 milyon dollar) qərarlaşıb.
Ceyms Qannın rəhbərliyində yeni DC kinematoqrafik kainatı həqiqətən də alınmağa başlayır?