Disney “Tron: Ares” filminin rəsmi treylerini təqdim edib. Kadrlarda franşizaya xas neon işıqlar və genişmiqyaslı səhnələr yer alır.
Film 1982-ci ildəki Tron və 2010-cu ildəki Tron: Legacy filmlərinin davamıdır.
Süjetə görə, güclü inkişaf etmiş “Ares” adlı proqram real dünyaya göndərilir. Bu, insanlıqla süni intellekt arasında ilk qarşılaşma olacaq. Filmin rejissoru Yoakim Rønningdir. Baş rollarda Cared Leto, Greta Li, Evan Piters, Həsən Minhac, Codi Törner-Smit, Arturo Kastro, Kameron Monahan, Cillian Anderson və Ceff Briçis yer alır.
Filmin premyerası 10 oktyabr 2025-ci ildə baş tutacaq.