2025-ci ilin ən çox gözlənilən oyunlarından birinin buraxılışına cəmi bir neçə gün qalıb. DOOM: The Dark Ages 15 may tarixində PC və konsollar üçün buraxılacaq. Premium versiya sahibləri isə oyunu 2 gün əvvəl, 13 may tarixindən etibarən oynaya biləcəklər.
Oyunda ümumilikdə 22 səviyyə var. Əsas hekayə xəttini tamamlamaq üçün oyunçular orta hesabla 20 saat vaxt sərf etməli olacaqlar. Oyunda əsas yeniliklərdən biri isə Cosmic Realm olacaq — Lavkraft üslubunda qorxunc məxluqlarla dolu bir kainat.
Tərtibatçılar oyunun əsasını təşkil edən mexanikaları belə ayrırlar: döyüşlər, tədiqaqat və hekayə. Cosmic Realm və oyunla bağlı son yeniliklər barədə daha ətraflı məlumatı aşağıdakı videoda izləyə bilərsiniz: