Close Menu
oX3zy
    Telegram Instagram YouTube Twitch Discord Reddit Threads X (Twitter)
    oX3zy
    • Ana səhifə
    • Oyun xəbərləri
    • Oyun icmalları
    • Texnologiya xəbərləri
    • Film xəbərləri
    • Məqalələr
    • Haqqımda
    • AZ
      • EN
      • AZ
      • RU
    oX3zy
    Ana səhifə » Texnologiya xəbərləri » Binance Baku Meetup 29.04.25 tədbiri
    Texnologiya xəbərləri

    Binance Baku Meetup 29.04.25 tədbiri

    oX3zyMüəllif oX3zyAprel 29, 2025Yenilənib:Aprel 29, 202514 Baxış sayı
    Copy Link Facebook Twitter LinkedIn Tumblr Reddit VKontakte Telegram WhatsApp Threads
    Copy Link Facebook Twitter LinkedIn Reddit VKontakte Telegram WhatsApp Threads

    Bu gün Binance dəstəyi ilə “JW Marriott Absheron”da keçirilən tədbirə 500-dən çox insan qatılmışdı. Tədbirə giriş üçün sadəcə meetup.binance.events veb-saytı üzərindən bileti ödənişsiz əldə etmək kifayət idi.

    Tədbir zamanı “Binance” regional rəsmiləri, Azərbaycan “Binance Angels” nümayəndələrinin çıxışları oldu. Çıxış zamanı spikerlər ingilis dilində danışdığından tədbirə qatılanlara  Azərbaycan dilində tərcümədə dinləmək üçün xüsusi cihazlar təqdim edilmişdi.

    Tədbir proqramı aşağıdakıları nəzərdə tuturdu:

    • 15:30-16:30 açılış sessiyası
    • 16:30-16:40 qarşılama çıxışı
    • 16:40–16:50 Binance Ekosistemi Yenilikləri: Təhlükəsizlik, Bazar vəziyyəti və Məhsullar
    • 16:50–17:00 Azərbaycanda “Binance” quruculuğu
    • 17:00–17:10 Azərbaycan İcması və Dəyər Yaradılması
    • 17:10-17:50 Gələcəyin qurulması: “Mələklər”in kripto hekayələri
    • 17:50-18:00 Azerbusiness
    • 18:00-18:15 Sual-cavab sessiyası
    • 18:15-18:35 Kahoot (oyun müsabiqəsi)
    • 18:35-20:00 Şəbəkələşmə, Oyunlar, Yemək və İçkilər

    Binance rəsmi spikerlərindən Kirilo Xomyakov, Aleksey Makarov və Daria Xolinska, eləcə də Dilarə Tağıyeva, Binance mələkləri və Azerbusiness təsisçisi iştirak edirdi.

    Tədbirdə Binance ekosistemi, məhsulları, P2P, Web3, Copy trading, Earn və s. bu kimi mövzular haqqında səthi məlumat verildi və yerli istifadəçilərlə bir növ tanışlıq oldu.

    Yerli istifadəçilər ilə tanışlığa gəldikdə isə, bildirmək istəyirəm ki, tədbirdə iştirak edənlərin böyük əksəriyyəti ümumiyyətlə Binance ilə heç bir əlaqəsi olmayan şəxslər idi. Tədbirin keçirildiyi yerdə isə oturacaqların sayı iştirakçılara görə nəzərə alınmamışdı. Buna görə də arxa sıralarda bəzi iştirakçılar tədbiri sonadək ayaq üstə izləməli oldular. Təəssüf ki, eyni məqam dəhlizdə də nəzərə alınmamışdı. Cəmi 2 interaktiv hədiyyəli məşğuliyyət təşkil olunduğundan hər birinin qarşısında onlarla insan toplaşmışdı. Tədbir zamanı hər hansı dəyərli, maarifləndirici məlumat təqdim olunmadı, platforma ilə bağlı maraqlı anons edilmədi.

    Tədbirin yüksək səviyyədə keçirilməsi üçün cəhd olunsa da, görüntü bir o qədər də ürəkaçan deyil idi. Bəlkə də bu “Binance” adı ilə bağlı olan bir tədbirdən mənim daha yüksək gözləntim olmasına bağlıdır. Ən azı xarici tədbirlərdə olan təcrübə buna dəlalət edir.

    Ümid edirəm  ki, növbəti tədbirlərdə Binance regional rəsmiləri qeyd olunan məsələləri nəzərə alıb tədbirin təşkilinə daha ciddi yanaşacaq, Binance, kriptovalyuta dünyası haqqında dəyərli məlumatlar paylaşacaq və maraqlı anonslar edəcəklər.

    Follow on Google News Follow on Flipboard
    Əvvəlki məqaləDOOM: The Dark Ages – Seriyanın Ən Uzun Oyunu Olacaq
    Növbəti məqalə INOX3ZYCATED Spotify kanalında ilk epizod
    oX3zy
    • Website

    Əlaqəli Məqalələr

    AMD oyun və yaradıcılq üçün dünyanın ən yaxşı prosessorunu təqdim edib

    Aprel 20, 2025
    Səhifələr
    • Haqqımda
    Əlaqə

    [email protected]

    Son dərclər
    • INOX3ZYCATED Spotify kanalında ilk epizod
    • Binance Baku Meetup 29.04.25 tədbiri
    • DOOM: The Dark Ages – Seriyanın Ən Uzun Oyunu Olacaq
    • Proqramlaşdırmaya yeni başlayanlar üçün podkast
    • Helldivers 2 2025-ci ildə
    oX3zy
    Telegram Instagram YouTube Twitch Discord
    © 2025 Designed & developed by oX3zy.

    Mətni daxil edin və axtarış üşün Enter düyməsini klikləyin. Çıxış etmək üçün Esc düyməsini klikləyin.