Yaxın günlərdə Death Stranding 2-nin buraxılışı baş tutacaq. Oyunun PlayStation 5 eksklüzivi olmasına baxmayaraq, yaxın gələcəkdə PC platforması üçün buraxılacağı da ehtimal olunur.
Bu gün tənqidçilərin ilk rəyləri ortaya çıxıb və nəticələr ümumən müsbətdir. Bəziləri hətta bu oyunu son illərin ən uğurlu sikvellərindən biri adlandırır. Əlbəttə ki, oyunun bəzi çatışmazlıqları da var.
Tənqidçilərin fikrincə əsas diqqətçəkən məqamlar aşağıdakılardır:
-
Birinci hissə ilə müqayisədə qrafika əsaslı yaxşılaşdırılıb, oyun xəritəsi isə daha rəngarəngdir.
-
Süjet xətti və aktyor oyununun yüksək keyfiyyəti oyunçunu oyunda saxlamağı bacarır.
-
Bu dəfə oyun personajların şəxsi hekayələrinə daha çox yer ayırır.
-
Vizual baxımdan texnoloji olmasına baxmayaraq, oyun yaxşı optimizasiya olunub, sabit FPS göstəriciləri və aydın görüntü verməyi təmin edə bilir.
Əsas mənfi cəhət kimi, oyunun mexanikası və ümumi gedişatının əvvəlki hissədən çox da fərqlənməməsi göstərilir. Buna baxmayaraq, yenə də oyunçuları təəccübləndirəcək yeni elementlərin olduğu qeyd olunur.
Qeyd etmək lazımdır ki, Deluxe versiyasını alanlar oyunu artıq sabah, 24 iyun tarixində oynaya biləcəklər.
