"Witcher 4"də daha da canlı "NPC" ola bilər
Sanki onlar öz taleyi olan canlı insanlardır
GAME NEWS
1/4/20251 dəqiqə oxu
Witcher 4 oyununun direktoru "NPC"ləri daha da canlı etmək arzusunda olduğunu vurğulayıb. Onun sözlərinə görə bu xüsusiyyət oyunçunu oyun dünyasına daha çox qərq edə bilər.
Kalemba deyir "Hər bir "NPC"nin canlı olduğunu və öz hekayəsi olduğunu hiss etdirmək kimi bir qaydamız var."
Müsahibəsində o, həmçinin Red Dead Redemption 2 oyunuyla müqayisələr apararaq, yaxşı yazılmış personajların və süjet xəttinin oyunun keyfiyyətinə necə təsir etdiyini izah edib.
Əvvəlki xəbərlərdən məlum olduğu kimi isə, oyunun baş qəhrəmanı Witcher oyun seriyasının əvvəlki hissələrindən tanınan Ciri olacaq. Həmçinin, Geraltın oyunda olacağı təsdiqləndi, lakin onun bu hekayədəki rolu hələ də məlum deyil. Oyun xəritəsi "Witcher 3"dəki ölçüdə olacaq və Gwent oyunun 4-cü hissədə də qayıdacağı təsdiqlənib.