“Next Play” rubrikamızın ilk buraxılışı ilə qarşınızdayıq. Bu dəfə avqust ayında çıxacaq ən maraqlı 5 oyunu sizə təqdim edirik. Əgər hansı oyunu oynayacağınızı bilmirsinizsə, bu siyahı sizə kömək ola bilər: 1. Mafia: The Old CountryBuraxılış tarixi: 8 avqust | Platformalar: PC, PS5, Xbox Series X|SMafia: The Old Country hadisələri 1900-cü illərin İtaliyasında, Mafia II oyunundan tanınan San Çeleste adlı uydurma Siciliya şəhərində cərəyan edir. Süjet Enzo Favara adlı gəncin kükürd mədənlərindəki çətin həyatından mafiyaya qədər yüksəlişini təsvir edir. 2. Metal Gear Solid Delta: Snake EaterBuraxılış tarixi: 28 avqust | Platformalar: PC, PS5, Xbox Series X|SStealth janrının əfsanəsi yeni nəsil qrafika…
Author: oX3zy
EA şirkəti Battlefield 6 oyununun multipleyer qeympley treylerini rəsmi olaraq təqdim edib. Müşayiət üçün “Limp Bizkit”in musiqisindən istifadə olunub və treyler boyunca müxtəlif xəritələrdə baş verən intensiv döyüş səhnələri izləyicilərə təqdim olunur. Əsas diqqət isə bina və müdafiə strukturlarının dağıdılmasına yönəlib. Treylerin əvvəlində isə qeyd olunur: “Oyun son versiyada deyil. Hazırda tərtibatda olan oyun təqdim olunur. Treyler kinematoqrafik və qeympley səhnələrdən ibarətdir” Yeni döyüş sistemi olan “Kinesthetic Combat System” oyunçunun digər oyunçularla və ətraf mühitlə əlaqəsini daha da yaxşılaşdırır. Silah mexanikası, taktiki hərəkətlər və yeni xüsusiyyətlər, o cümlədən sürətli əyilmə və yaralı komanda yoldaşını daşıma artıq oyunçuların ixtiyarında olacaq. Battlefield…
Twitter-in həmtəsisçisi və “Block”un CEO-su Cek Dorsi özünün yeni mesajlaşma tətbiqi olan “BitChat”i rəsmi şəkildə “App Store”da istifadəyə verib. TestFlight üzərindən keçirilən qısa beta mərhələsindən sonra tətbiq artıq bütün uyğun bölgələrdə yükləməyə açıqdır. BitChat nədir?BitChat internetə ehtiyac olmadan, yalnız Bluetooth bağlantısı üzərindən oflayn mesajlaşmanı təmin edir. Qeydiyyat, hesab və ya giriş tələb etmir. Sadəcə tətbiqi açın, ad seçin və 100 metr məsafədə olan istənilən istifadəçi ilə ünsiyyət qurun. Bu layihə Dorsey tərəfindən “Block”un süni intellekt köməkçisi Goose vasitəsilə cəmi bir həftəsonu ərzində hazırlanıb. Növbəti günə isə şəxsi mesajlaşma və şifrələnmə ilə qorunan kanallar kimi funksiyalar əlavə olunub. Gizlilik və təhlükəsizlik…
Sony özünün ilk rəsmi arkada coystiki olan FlexStrike Wireless Fight Stick üçün ilk treyleri paylaşıb. PlayStation 5 və PC üçün nəzərdə tutulmuş bu cihaz Evo 2025 öncəsi təqdim olunub. Həmçinin bu məqalədə biz bu günə olan digər detalları təqdim edəcəyik. Əvvəllər Project Defiant kimi tanınan FlexStrike döyüş oyunları üçün xüsusi hazırlanıb. Treylerdə mexaniki düymələr, dəyişdirilə bilən istiqamət məhdudlaşdırıcıları və DualSense tərzi nümayiş olunur. Cihaz həm USB-C kabel, həm də sürətli PlayStation Link simsiz bağlantı ilə işləyir. Eləcə də Pulse Elite və Pulse Explore kimi qulaqlıqlarla eyni adapter üzərindən qoşula bilir. Coystikin içərisində məhdudlaşdırıclar və adapterlər üçün saxlama sahəsi, çıxarıla bilən alt hissə…
Metroidvaniya sevərləri üçün böyük xəbər var: Hollow Knight: Silksong oyununu gamescom 2025-də oynamaq mümkün olacaq. Uzun illərdir gözlənilən bu oyununun demo versiyası tədbirdə nümayiş olunacaq. İlk Hollow Knight oyunu öz üslubu, mexanikası və tempi ilə oyunçuların rəğbətini qazanmışdı və hazırda Steam platformasında 95% müsbət rəyə sahibdir. Demo versiyanın təqdim ediləcəyi ilk olaraq Microsoft tərəfindən Xbox stendində göstəriləcək oyunlar siyahısında qeyd edilib. Stenddə 120-dən çox oyun stansiyası olacaq və Xbox tərəfdaşları ilə birlikdə 20-dən çox layihə təqdim edəcək. Əsas təqdimatlar: Hollow Knight: Silksong (demo) Grounded 2, Ninja Gaiden 4, Indiana Jones, Flight Simulator 2024, The Outer Worlds 2, Borderlands 4, Metal…
Borderlands seriyasının yeni hissəsi artıq qızıl statusu (yəni buraxılışa tam hazırdır) alıb. Bu barədə məlumat oyunun rəsmi X (Twitter) səhifəsində paylaşılıb. Oyun 12 sentyabr 2025-ci il tarixində PC, PlayStation 5 və Xbox Series X|S üçün buraxılacaq. Nintendo Switch 2 üçün versiyası isə 3 oktyabrda satışa çıxacaq. Layihənin yaradıcı direktoru Greem Timmins bu münasibətlə belə fikir bildirib: “İnanmaq çətindir, amma Borderlands 4 rəsmi olaraq qızıl statusdadır!Komandamızı təbrik edirəm. Bu miqyasda oyunu tamamlamaq böyük uğurdur. Bu layihə ilə fəxr edirəm və hamının onu oynayacağı günü səbirsizliklə gözləyirəm.” Borderlands 4 oyunçuları Kyros adlı planetə aparacaq. Bu yer əvvəllər Zaman Keşikçisi tərəfindən gizlədilmişdi. Onun hakimiyyəti…
Əgər siz də mənim kimi iPhone və ya Mac üçün zövqünüzə uyğun divar kağızı tapa bilmirsinizsə, Apple artıq bu problemi kiçik bir alətlə həll edir. Şirkətin rəsmi saytında loqo və fon rəngini dəyişməklə öz divar kağızınızı yaratmağa imkan verən yeni bölmə açılıb. Hazırda seçimlər məhduddur. Yalnız bir loqo stili və bir neçə rəng variantı var. Amma buna baxmayaraq, Apple istifadəçiləri üçün bu alət maraqlı və faydalı yenilikdir. Maraqlıdır ki, bu funksiyanı mən ancaq Apple-ın Səudiyyə Ərəbistanı saytında tapa bildim, lakin görünür ki, digər ölkələrdə də problemsiz işləyir. Minimalist və ya parlaq tərzdə divar kağızı istəyirsinizsə, Apple bu imkanı artıq təqdim…
Nəhayət ki, Battlefield 6 oyununun təqdimat treyleri yayımlandı. Treyler ABŞ Prezidentinin çıxışı ilə başlayır. O, dünyaya müraciət edərək qlobal böhrandan və oyun boyunca qarşıdurma yaşanacaq Pax Armata adlı təşkilatdan danışır. İlk kadrlar dağılan şəhərlər, partlayışlar və miqyaslı döyüş səhnələri ilə doludur — klassik Battlefield üslubu burada da qorunur. Oyun qrafikası yüksək səviyyədədir və tamamilə dağıla bilən mühit oyuna xüsusi atmosfer qatır. Battlefield 6 müasir döyüş texnologiyaları, dinamik hava şəraiti və miqyaslı multiplayer ilə seriyanın köklərinə qayıdır. Dəqiq buraxılış tarixi hələ açıqlanmayıb, amma təqdimat treyleri FPS sevərləri üçün böyük həyəcan yaradıb. Treyleri Battlefield rəsmi YouTube kanalında izləyə və yenilikləri Battlefield-in rəsmi…
Universal Pictures tərəfindən Five Nights at Freddy’s 2 filminin rəsmi treyleri təqdim edilib. Filmin premyerası 5 dekabr 2025-ci ilə planlaşdırılıb. “Onlar artıq təkcə Freddy’s-də deyillər.” 2023-cü ildə ilk filmin böyük uğurundan sonra Blumhouse ikinci hissə ilə geri dönür. Freddy Fazbear’s Pizza-da baş verən dəhşətli hadisələrdən bir il keçib və bu hadisələr şəhərdəki ilk Fazfest festivalının keçirilməsinə təkan verib. Keçmiş mühafizəçi Mayk (Josh Hutcherson) və polis Vanessa (Elizabeth Lail) 11 yaşlı Abby-dən (Piper Rubio) həqiqəti gizlədirlər. Lakin Abby sevimli animatron dostları ilə görüşmək üçün qaçdıqda, dəhşətli hadisələr zənciri başlayır və “Freddy”nin əsl sirri üzə çıxır. Filmdə əvvəlki rollarına Theodus Crane və…
Bloober Team studiyası yeni qorxu oyunu Cronos: The New Dawn üçün 10 dəqiqəlik gəmpley treylerini təqdim edib. Layers of Fear, Blair Witch, The Medium və Silent Hill 2 Remake kimi layihələrlə tanınan Polşa komandası bu dəfə də psixoloji qorxu elementlərinə əsaslanır. Oyun 2021-ci ildən hazırlanır və bu il ərzində buraxılması planlaşdırılır, dəqiq tarix isə hələ açıqlanmayıb. Treyler vizual baxımdan keyfiyyətli görünür və oyunun atmosferini izləyiciyə çatdırmağı bacarır. Cronos: The New Dawn süjetində oyunçu “Kollektiv” adlı müəmmalı təşkilatın agenti olan Səyyah rolunu oynayır. Missiyası: distopik gələcəkdə sağ qalmaq və zamanla geriyə — 1980-ci illərin Polşasına gedərək, “Dəyişiklik” adlı fəlakət nəticəsində qorxunc…

 
		
