Bu buraxılışda kitab oxumağın nə üçün bu qədər vacib olduğundan danışıram. Hər kitab sanki başqa bir həyatı yaşamaq kimidir. İstər dram, istər detektiv, istər elmi fantastika və ya fentezi olsun, hər bir hekayə düşüncə tərzinin fərqli tərəflərini işə salır. Səni düşündürür, sənə nələrsə öyrədir və ən əsası yeni suallar ortaya çıxarır. Məhz o suallar da inkişafın başlanğıcı olur. Oxumaq özünü daha yaxşı anlamağa kömək edir. Güclü tərəflərini görmək və hələ də inkişaf etməli olduğun sahələri dərk etmək üçün şərait yaradır. Ətrafındakı insanları və səni formalaşdıran mühiti daha yaxşı başa düşmək bacarığını inkişaf etdirir.
Author: oX3zy
Yaxın günlərdə Death Stranding 2-nin buraxılışı baş tutacaq. Oyunun PlayStation 5 eksklüzivi olmasına baxmayaraq, yaxın gələcəkdə PC platforması üçün buraxılacağı da ehtimal olunur. Bu gün tənqidçilərin ilk rəyləri ortaya çıxıb və nəticələr ümumən müsbətdir. Bəziləri hətta bu oyunu son illərin ən uğurlu sikvellərindən biri adlandırır. Əlbəttə ki, oyunun bəzi çatışmazlıqları da var. Tənqidçilərin fikrincə əsas diqqətçəkən məqamlar aşağıdakılardır: Birinci hissə ilə müqayisədə qrafika əsaslı yaxşılaşdırılıb, oyun xəritəsi isə daha rəngarəngdir. Süjet xətti və aktyor oyununun yüksək keyfiyyəti oyunçunu oyunda saxlamağı bacarır. Bu dəfə oyun personajların şəxsi hekayələrinə daha çox yer ayırır. Vizual baxımdan texnoloji olmasına baxmayaraq, oyun yaxşı optimizasiya olunub,…
2011-ci ildə buraxılan Battlefield 3 son günlərdə Yaxın Şərqdə baş verən hadisələrə görə yenidən gündəmə gəlib. Oyunun süjetinə görə, İran nüvə başlıqları əldə edir və ABŞ faciənin qarşısını almaq üçün müdaxilə edir. Amma bu cəhd yalnız qismən uğurlu olur, çünki bombalardan biri Parisdə partlayır və 80 min insanın həyatına son qoyur. Hazırda oyunun Steam-də eyni anda 550-dən çox oyunçusu var. Halbuki bundan əvvəl bu rəqəm 100-dən aşağı idi.
MY[PAL]SPACE – unikal “müvəqqəti dost” xidməti istifadəyə verildi. 2025-ci il mayın 25-də MY[PAL]SPACE layihəsi istifadəyə verilib. Bu xidmətin əsas ideyası insanlara qısa müddətli, amma unudulmaz birgə vaxt keçirmək imkanı təqdim etməkdir. Layihə müsbət enerji paylaşmaq, mehribanlığı təşviq etmək və insanları bir araya gətirmək niyyətindədir. MY[PAL]SPACE nədir?Bu kreativ startap istirahət etmək, gəzmək, film izləmək və ya sadəcə söhbət etmək istəyən, lakin həmin an ətrafında uyğun bir dostu, tanışı olmayan insanlar üçün müvəqqəti dost xidməti təklif edir. Çünki MY[PAL]SPACE həmişə səninlə eyni dalğadadır. Hazırda təklif olunan xidmətlər: Tam gün birlikdə vaxt keçirmək Video oyun yoldaşı olmaq (Game teammate) Film yoldaşı olmaq Birgə…
Bu epizodda hamımızın üzləşdiyi ən geniş yayılmış çətinliklərdən birinə toxunuruq — həddən artıq düşünmək. Bunu etməyimizin səbəbi nədir? Bizi düşüncələrimizin və daxili ziddiyyətlərimizin içində ilişib qalmağa nə vadar edir? Mən nə psixoloqam, nə də bir quru — sadəcə sənin kimi bu hissləri yaşamış biriyəm. Birlikdə bu cavabsız suallara cavab tapmağa calışacağıq. Bu epizod məsləhət vermək üçün deyil — bu danışdıqlarım dürüst suallar vermək və xaosun içində məna tapmaq haqqındadır. Gəlin bir anlıq pauza verək və düşünək — bəzən aydınlanma sadəcə danışmaqla gəlir. Tam epizoda qulaq asmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
Bu gün Binance dəstəyi ilə “JW Marriott Absheron”da keçirilən tədbirə 500-dən çox insan qatılmışdı. Tədbirə giriş üçün sadəcə meetup.binance.events veb-saytı üzərindən bileti ödənişsiz əldə etmək kifayət idi. Tədbir zamanı “Binance” regional rəsmiləri, Azərbaycan “Binance Angels” nümayəndələrinin çıxışları oldu. Çıxış zamanı spikerlər ingilis dilində danışdığından tədbirə qatılanlara Azərbaycan dilində tərcümədə dinləmək üçün xüsusi cihazlar təqdim edilmişdi. Tədbir proqramı aşağıdakıları nəzərdə tuturdu: 15:30-16:30 açılış sessiyası 16:30-16:40 qarşılama çıxışı 16:40–16:50 Binance Ekosistemi Yenilikləri: Təhlükəsizlik, Bazar vəziyyəti və Məhsullar 16:50–17:00 Azərbaycanda “Binance” quruculuğu 17:00–17:10 Azərbaycan İcması və Dəyər Yaradılması 17:10-17:50 Gələcəyin qurulması: “Mələklər”in kripto hekayələri 17:50-18:00 Azerbusiness 18:00-18:15 Sual-cavab sessiyası 18:15-18:35 Kahoot (oyun müsabiqəsi)…
2025-ci ilin ən çox gözlənilən oyunlarından birinin buraxılışına cəmi bir neçə gün qalıb. DOOM: The Dark Ages 15 may tarixində PC və konsollar üçün buraxılacaq. Premium versiya sahibləri isə oyunu 2 gün əvvəl, 13 may tarixindən etibarən oynaya biləcəklər. Oyunda ümumilikdə 22 səviyyə var. Əsas hekayə xəttini tamamlamaq üçün oyunçular orta hesabla 20 saat vaxt sərf etməli olacaqlar. Oyunda əsas yeniliklərdən biri isə Cosmic Realm olacaq — Lavkraft üslubunda qorxunc məxluqlarla dolu bir kainat. Tərtibatçılar oyunun əsasını təşkil edən mexanikaları belə ayrırlar: döyüşlər, tədiqaqat və hekayə. Cosmic Realm və oyunla bağlı son yeniliklər barədə daha ətraflı məlumatı aşağıdakı videoda izləyə…
Proqramlaşdırmaya yeni başlayanlar üçün ətraflı podkast. Bu podkastda biz aşağıdakı mövzulara toxunuruq: İT sahəsində karyeraya necə başlamaq olar Özünü necə inkişaf etdirə bilərsiniz Süni intellekt vasitəsilə problemlərin həlli CV hazırlamaq üçün tövsiyələr.
2025-ci ildə Helldivers 2 oynamağa dəyərmi? Gəlin keçək əsas mətləbə. Oyunu oynamağa dəyərmi? Sözsüz ki! Bəs hazırda oyuna rahatlıqla daxil olmaq mümkündürmü? Bu sualın cavabı tamamilə başqa mövzudur. “Sony”nin regional məhdudiyyətləri səbəbindən bir çox oyunçu oynamaq imkanından məhrum olub. Bəziləri hətta bu məhdudiyyətlərdən sonra “Steam”də oyun üçün ödənişləri geri tələb etdi. Oyunu qaytardıqdan sonra isə, artıq yenidən ala bilmədilər. Daha sonra, Sony məhdudiyyətləri yüngülləşdirdi və artıq “PSN”ə qoşulmaq zəruri deyil. Əgər oyunu qaytarmayıb, kitabxananızda saxlamısınızsa, təbrik edirəm—demokratiya məhdudlaşdıran güllələr sizdən yan keçib. Oyunu geri qaytaranlar üçün isə tezliklə bu vəziyyətin düzələcəyini arzu edirəm. Mən oyunu qaytarmayan şanslılardan biriyəm və sizə…
“AMD”nin sözlərinə görə, Ryzen 9 9950X3D prosessoru oyunlar və yaradıcı işlər üçün ən yaxşı prosessordur. AMD Ryzen 9 9950X3D-nin texniki xüsusiyyətləri aşağıdakı kimidir: Həmçinin, istehsalçının sözlərinə görə, bu prosessor “Intel”in ən yaxşı prosessorlarından 20% daha sürətlidir. Aparılan müqayisələrdə Watch Dogs Legion oyununda “Intel”in son nəsil prosessoru ilə müqayisədə 64% daha sürətli nəticələr əldə edilib. Eyni nəticələr Space Marine 2 və Far Cry 6 oyunlarında da müşahidə edilib.

 
		
